10 nəfəri öldürüb parçalayan təqaüdçü tutuldu - Video

10 nəfəri öldürüb parçalayan təqaüdçü tutuldu - Video
  29 İyul 2015    Oxunub:3011
Rusiyanın şimal paytaxtında polis dəhşətli cinayətkarı yaxalayıb.
AzVision.az APA TV-yə istinadən xəbər verir ki, saxlanılan Tamara Samsonova adlı 68 yaşlı təqaüdçü qadın 10 amansız qətldə ittiham edilir. O, mənzilinə gətirdiyi tanışlarını zəhərlədikdən sonra onları hissələrə bölüb. Qadının sonuncu qurbanı onun evinə iyulun 23-də gəlib.

Tamara Samsonovanın 79 yaşlı "rəfiqə"sinin meyitinin parçaları Sankt-Peterburqun Dmitrov küçəsindəki binalardan birinin yaxınlığından tapılıb.



Müstəntiqin sözlərinə görə, qadın tanışının bədənini mişar və bıçaqla doğradıqdan sonra hissələrini yaxınlıqdakı əraziyə atıb. Tamara Samsonova dindirilmə zamanı 2003-cü ildə törətdiyi qətl barədə danışıb. Qatil qadın bildirib ki, o zaman evində kirayədə yaşayan Norilsk şəhər sakinini aralarında yaranmış mübahisə zəminində öldürüb parçalayaraq küçəyə atıb.

Tamara Samsonova daha sonra ilk qətli 2000-ci ildə törətdiyini də xatırlayıb. Həmin qurban da onun evində kirayənişin olub. Ümumilikdə təqaüdçü qadın 10 ölüm işində ittiham olunur.




Teqlər:





Xəbər lenti