Davudoğlu kürdləri hədələdi: `Cavab verəcəklər...`
O, qeyd edib ki, PKK, İŞİD və DHKP-C üçlüyünün əsas hədəfi Türkiyə dövlətidir: “ HDP PKK-nı qınamayacağı təqdirdə hələ ki, məhkum kürsüsündədir. Cavab verəcəklər. PKK, İŞİD və DHKP-C eyni vaxtda hücumlara başladı. Bu hücumların birinci hədəfi Türkiyə dövlətidir, demokratiyadır, insan haqları, ikinci hədəfi ictimai sabitlik, üçüncü hədəf isə Türkiyənin beynəlxalq etibarıdır ”.
Ə. Davudoğlu bildirib ki, Türkiyə 3 yox, 33 terror təşkilatı ilə də mübarizə aparmağa qadir bir dövlətdir:
“Hər kəs öz mövqeyini açıq şəkildə ortaya qoymalıdır. Terror və ölkənin gələcəyi müzakirə mövzusu olduğu zaman terrora qarşı açıq mövqe göstərməyənlərin dövlət tərəfindən atılan addımlardan xəbər almaq haqqları yoxdur. Verilən xəbərlər neçə dəqiqəyə Kandilə çatacağına əmin olmayınca biz heç kəslə məlumat paylaşan deyilik”.