200 PKK-çı öldürüldü - Türkiyədə xüsusi əməliyyat
Öldürülən 200 nəfər terroristin içərisində terror təşkilatının əsas simalarından biri, kod adı “Gabar”- olan terrorçunun da olduğu bildirilib.
Əməliyyatlar zamanı PKK-nın ana qərərgahı da bombardıman edilib. PKK-nın liderlərindən hesab edilən Murad Karayılanın son anda canını qutardığı bildirilib.
Şimali İraqda PKK hədəflərinin bombalanmasından sonra xüsusi təyinatlı “Bordo berelilər"in sərhədi keçərək 30 kilometrə qədər irəlilədiyi və əvvəlcədən müəyyənləşdirilən hədəfləri məhv etdiyi haqda məlumatlar yayılıb.
“Xəncər” adlanan əməliyyat zamanı xüsusi təyinatlılar bombalanma zamanı az zərər görmüş hədəfləri tamamilə məhv edib.