Sami Yusuf İranda qadağan edildi
`Sami Yusufun yaradıcılığının dövlət televiziyasında qadağan olunmasına səbəb onun işğal olunan torpaqlara səfər etməsidir”, - deyə İran KİV-xəbər verir.
Qeyd edək ki, müqəddəs Ramazan ayında Sami Yusuf İsrailin Nazrat şəhərində konsert verib. Şəhər əhalisinin böyük əksəriyyətini fələstinlilər təşkil edir və müğənninin konsertinə də fələstinlilər qatılıb.
İran İsraili tanımır və orada çıxış edən dünya ulduzları İslam Respublikasının `qara siyahı`sına salınır. İran və İsrailə səfər edən xarici vətəndaşlar adətən iki fərqli pasport istifadə edir və ya İsrail sərhədçilərdən onların səyahət sənədlərinə möhür vurmamağı xahiş edir.
Time` jurnalının İslam dünyasının ulduzu adlandırdığı 35 yaşlı Sami Yusuf dünyada ən məşhur ingilis müsəlmanlardandır. Sami Yusuf məsələ ilə bağlı bunları deyib:` İran dövlət televiziya və radio kanalının mənim Nazaretdə çıxışımla əlaqədar musiqilərimi qadağan etməsini eşidəndə çox təəccübləndim. Mən bilmirdim ki, fələstinli qardaş və bacılarımın üzündəki gülüş İran hökuməti tərəfindən bu cür qiymətləndirilə bilər. Mən İranda olan dəyərli dinləyicilərimin bir müddət musiqilərimi dinləyə bilməyəcəklərinə görə təəssüflənirəm ancaq mən Fələstində çıxış etdiyimə görə üzr istəməyəcəm`.
Eldar Tanrıverdiyev
AzVision.az