İrəvanda etirazlar qızışdı: polis güc tətbiq etdi
Trend-in News.am saytında istinadən verdiyi məlumata əsasən, polis etirazçıları güc tətbiq edərək qarşılarını alıb və səkiyə tərəf sıxışdırıb.
Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.