Avropa diplomatiyasının rəhbəri Tehrana gedib
Aİ diplomatiyasının rəhbərinin səfərinin əsas məqsədi İran nüvə proqramı ilə bağlı əldə olunan razılaşmanın reallaşdırılmasına müzakirə etməkdir.
Aİ diplomatiyasının rəhbəri İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, prezident Həsən Ruhani, o cümlədən digər rəsmi şəxslərlə görüşəcəyi gözlənilir.
Qeyd edək ki, İyulun 14-ü rəsmi Tehran və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İran nüvə proqramına dair bütün məsələlər, mövcud və potensial nizamlanmasını nəzərdə tutan yol xəritəsi imzalayıblar.
`Altılıq` ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) və İran nüvə məsələsinin nizamlanması üzrə birgə kompleks tədbirlər planı razılaşdırıb. Sənəd 17 səhifədən ibarətdir.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: