HDP-yə ağır zərbə, partiya bağlana bilər (Video)
Burada siyasi partiyaların fəaliyyətinə daxil olmayan “heç bir siyasi partiya cinayətə təşviq edə bilməz” müddüaları daxildir. Bundan başqa partiya üzvlərinin nümayişlərdə iştirakı və onların cəmiyyət qarşısında səsləndirdiyi fikirlər, partiya ilə bağlı daxil olan şikayətlər ciddi şəkildə yoxlanılacaq.
Əgər araşdırmalarda cinayət tərkibi müəyyən edilərsə partiyanın gələcəyi hakimdən asılı olacaq. Və sonda irəli sürülən maddələr öz təsdiqini taparsa HDP bağlanacaq.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinə keçirilmiş son parlament seçkilərinin nəticələrinə əsasən, dörd siyasi partiya parlamentdə qrup təmsilçiliyini qazana bildi. Bunların arasında 13 faizlik baryeri aşan HDP-də var.