`Terrorçuları məhv edəcəyik` - Ərdoğan

`Terrorçuları məhv edəcəyik` - Ərdoğan
  28 İyul 2015    Oxunub:2650
Türkiyə İraq və Şam İslam Dövləti (İŞİD) və Kürdüstan Fəhlə Partiyası (PKK) terrorçuları ilə mübarizə aparacaq.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə PKK və İŞİD arasında fərq görmür və onlarla mübarizəni davam etdirəcək.

Qeyd edək ki, iyulun 20-i Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda yerləşən Amara Mədəniyyət Mərkəzinin həyətində terror aktı törədilib. Hadisə nəticəsində 27 nəfər ölüb, 100-dən artıq yaralanıb. Türkiyə rəhbərliyi hadisəyə görə, İŞİD-in məsuliyyət daşıdığını bildirib.

İyulun 27-i Türkiyə Hərbi hava Qüvvələri (HHQ) PKK-nın Şimalı İraqdakı `Hakurk` hərbi düşərgəsini yerlə yeksan edib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti