`Britaniya AB-də qalmalıdır` - Obama
AzVision.az “BBC”-yə istinadən bildirir ki, ABŞ prezidenti Barak Obama İngiltərənin Avropa İttifaqından çıxması ilə bağlı 2017-ci ildə keçirəcəyi referenduma müsbət yanaşmır. Barak Obamanın sözlərinə görə, Britaniyanın AB-nin üzvü olaraq qalması önəmli məsələdir.
O, vurğulayıb ki, Britaniya Birləşmiş Ştatların ən yaxşı hərbi və siyasi tərəfdaşıdır. Əgər London özünün dünya siyasətində təsirini saxlamaq istəyirsə, o halda Avropa İttifaqından çıxmağa çalışmamalıdır.
- Britaniya ilə bizim aramızda çox möhkəm transatlantik əlaqələr var. Onun Avropa Birliyinin üzvü olaraq qalması çox vacib məqamdır, çünki II Dünya Müharibəsində, Avropanın strukturunda böyük rolu olmuş dövlətdir. Biz Vaşinqton olaraq Britaniyanın Avropa Birliyin bir parçası olaraq qalmasının tərəfdarıyıq. Britaniyanın dünyada sülhün bərqərar olmasında, eləcə də NATO tərkibində oynadığı rol ABŞ üçün çox vacib kriteriyadır – deyə Barak Obama bildirib.
Fərrux Həsənov
AzVision.az
Teqlər: