ABŞ və Türkiyə Suriyanı böldü
AFP agentliyi bu barədə xəbərin adını açıqlamaq istəməyən ABŞ-lı yüksək səviyyəli bir səlahiyyətlinin verdiyini bildirib.
ABŞ prezidenti Barak Obamanın Efiopiya səfəri zamanı danışan mənbə hazırda həmin bölgənin detalları üzərində müzakirələr getdiyini söyləyib. Xəbərdə uçuşa qadağan edilmiş həmin bölgənin Türkiyə tərəfindən uzun müddətdir tələb edildiyi də vurğulanıb.
İddiaya görə, Türkiyə ABŞ-ın İŞİD-ə qarşı quruda mübarizə aparan ortaqlarını da dəstəkləyəcək.
“Washington Post” qəzeti də Ankara ilə ABŞ rəhbərliyi arasında Türkiyə - Suriya sərhədində təhlükəsizlik bölgəsi yaradılması barədə anlaşma əldə edildiyi bildirilib. Qəzetin xəbərinə görə, İŞİD-dən təmizlənəcək bölgə Fərat çayından başlayıb 110 kilometr qərbə uzanacaq. (Ans)
Teqlər: