ABŞ-da Şeytana heykəl qoyuldu

ABŞ-da Şeytana heykəl qoyuldu
  27 İyul 2015    Oxunub:7028
Deyroytda satanistlər İblisə heykəl qoyublar. 100 min dollara başa gələn və bir ton ağırlığı olan heykəldə Bafomet (keçi başlı satanizm allahı) təsvir olunub.

Heykəl qapalı tədbir zamanı təqdim olunub. Tədbirə girmək istəyənlər 25, heykəllə şəkil çəkdirmək istəyənlər isə 75 dollar ödəyiblər.

AzVision.az Fox TV-yə istinadla xəbər verir ki, bu `tarixi mərasimdə` iştirak etmək üçün `İblis Məbədi` adlanan yerə bütün ştatlardan insanlar gəlib.

Dindar xristianlar tədbiri pozmaq istəsələr də, gücləndirilmiş mühafizə buna imkan verməyib. “Bizim borcumuz hər kəsin inanc azadlığını müdafiə etməkdir”,- deyə məbədi qoruyan polislərdən biri Fox TV-yə bildirib.

Satanistlər hökumətə müraciət edərək, heykəlin Arkanzas ştatının inzibati mərkəzi olan Litl-Rok şəhərində merlik binasının qarşısında qoyulmasını xahiş edəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti