Fransada anti-semitizm güclənir
`Milli Cəbhə`nin 87 yaşlı lideri Jan-Marie Le Pen II Dünya Müharibəsi zamanı törədilmiş cinayətlərə, eləcə də qaz kameralarıma görə hüquqi məsliyyət daşıyan bir şəxs kimi də tanınır. O, həmçinin siyasi düşüncələrində irqi, dini, milli ayrı-seçkiliyi, eləcə də ksenofobiyanı əsas deviz kimi irəli sürən şəxsdir.
Le Pen 2011-ci ildə Partiyanın səlahiyyətlərini varisi seçdiyi qızına həvalə edib, lakin dekabr ayında keçirilən seçkilərdə qızının regional seçim prosesinə məsuliyyətsiz yanaşması, o cümlədən əsas partiya sədrliyini atasının əlindən almaq istəməsi nəticəsində aralarında münaqişə yaşanıb.
Qızını məhkəməyə verən Jan-Mari Le Pen iki dəfə məhkəməni qazanıb. Məhkəmə isə müvəqqəti olaraq qızının partiyaya sədrliyini dondurub. Jan-Marie Le Pen əvəzində sahib olduğu “Milli Cəbhə” sağ ekstrimist miliyyətçi partiyanın strukturunda qanuni dəyişiklik etməyə başlayıb.
Le Pen digər tərəfdən, qızı ilə olan intiriqadan istifadə edərək, “Milli Cəhbə” partiyasını təbliğ edir ki, bu da Fransada yeni seçiçi kütləsi qazanmaq üçün yaxşı imkan kimi dəyərləndirilir.
Fərrux Həsənov
AzVision.az
Teqlər: