Fransa ilə Ukrayna arasında siyasi qalmaqal

Fransa ilə Ukrayna arasında siyasi qalmaqal
  27 İyul 2015    Oxunub:2729
Fransalı deputatların Krıma baş tutan rəsmi səfəri Ukraynanın etirazına səbəb olub.

AzVision.az “euronews”a istinadla bildirir ki, 10 nəfərdən ibarət Fransa parlament heyətinin Kırım səfəri ilə bağlı Ukraynanın Parisdəki səfiri Oleq Şamşur çox ciddi şəkildə etirazını bildirib. O, deyib ki, bu səfər Ukrayna dövlətinin suverenliyi, ərazi bütövlüyü və regional sabitliyə qarşı böyük hörmətsizlikdir.

Səfərə rəhbərlik edən Fransa parlamentinin deputatı Thierry Mariani eks-prezident Nikola Sarkozinin dönəmində nəqliyyat naziri kimi çalışıb. O, deyib ki, səfərin tam mahiyyətini açıqlamaq üçün müəyyən qədər vaxt lazımdır. Bu səfərin əslində tərəflərə kömək etmək və yaxud barışdırıcı missiya daşıdığını nəzərə çatdıran millət vəkili Thierry Mariani isə özü konservat respublikaçı kimi tanınmaqdadır.

Xatırladaq ki, səfər zamanı nümayəndə heyəti Rusiya dumasının spikeri Sergey Narişkinlə birgə görüş də keçiriblər.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti