Almaniya siyasətçiləri miqrantlara qarşı
AzVision.az “Focus” jurnalının yaydığı xəbərə istinadən bildirir ki, Baden-Vürttemberq əyalətinin Yaşıllar Partiyasının prezidenti Vinfrid Kretşman çıxışında deyib ki, növbəti kütləvi miqrant axınını Almaniyanın şərq hissəsindəki boş ərazilərə yerləşdirmək lazımdır. Şərq əyalətləri isə Vinfrid Kretşmanın “bir gülləyə iki dovşan vurmaq” təklifini qəbul etmək istəmirlər. Lakin Kretşman qeyd edir ki, 1989 və 2008-ci illər ərzində inkişafdan dolayı demoqrafik şərait nəticəsində Şərqi Almaniyada cavan əhali 10% azalıb. “Bu azalmanı isə miqrant hesabına kompensasiya etmək olar. Qaçqınların qəbuluna gəldikdə isə biz ümumilikdə çox insan qəbul etmişik” – deyə Kretşman nitqini tamamlayıb.
Saksen-Anhalt əyaləti üzrə Xristian Demokratlar partiyasının sədri Markus Kurse isə məsələyə etiraz edərək bildirib ki, Saksen-Anhalt artıqlması ilə miqrant qəbul edib.
Türingen Xaristian-Demokratlar Partiyasının rəhbəri Mixael Heym isə Şərqi Almaniyaya kütləvi olaraq miqrantların göndərilməsini səhv addım sayır. O, hesab edir ki, Şərqdə yerləşdirmə qeyri-koordinasiyasız və çox çətin olacaq. Həm də qaçqınlardakı cəmiyyətə inteqrasiya həvəsi tamamilə məhv olacaq.
Magdeburq əyalətinin Sosial-Demokrat Partiyasının sədri Lutz Trümper isə məsələyə münasibətində deyib ki, “Biz Hartz-IV adlı sosial proqrama əməl edirik və burada iş axtaran şəxslər var. Əlavə olaraq miqrantların yerləşdirilməsi sosial ədalətsizlik yaradacaq və yerli əhali arasında narahazıçılıqlara yol açacaq”.
Xatırladaq ki, Şərqi Almaniya ərazisində yalnız 3% əhali qeyri-almandır və bu regionda qaçqınların məskunlaşdırılması müəyyən qədər təhlükə sayılır. 2014-cü ilə aid hesabda qeyd olunur ki, gəlmələrə ultra-sağçı qruplar tərəfindən təşkil olunan 150 hücum faktından 30-u Saksoniyanın payına düşür.
Fərrux Həsənov
AzVision.az
Teqlər: