Ermənilərin 59%-i ruslarla birləşmək istəyir

Ermənilərin 59%-i ruslarla birləşmək istəyir
  24 İyul 2015    Oxunub:2823
Ermənistan sakinlərinin 59%-i hər hansı bir ölkə ilə birləşmək zərurəti olacağı təqdirdə Rusiyanı seçəcəklərini bildirib.
AzVision.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu “Gallup International Association”nın Ermənistandakı nümayəndəliyinin keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğu İrəvan və regionlarda 5-13 may tarixlərində, 1105 nəfər arasında keçirilib.

Bu arada 2014-cü ilin noyabrında bu göstərici 63% olub, 2015-ci ilin martında bu göstərici 55%-ə düşüb, daha sonra yenidən artıb. Ermənilərin 28%-i (2014-cü ilin noyabrında bu göstərici 27%, 2015-ci ilin martında isə 23%) ölkələrinin heç bir ölkə ilə birləşməməli olduğunu bildirib

Ermənistanın Avropa İttifaqına birləşməsini istəyənlərin sayı isə 8% olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti