Türkiyədə böyük əməliyyat - 251 terrorçu tutuldu (Video)

Türkiyədə böyük əməliyyat - 251 terrorçu tutuldu (Video)
  24 İyul 2015    Oxunub:3108
Türkiyənin 13 rayonunda İŞİD və PKK terror təşkilatlarına qarşı həyata keçirilən əməliyyat zamanı 251 nəfər saxlanılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki min çevik və beş min polis tərəfindən 140 ünvanda yoxlama aparılıb. Təkcə İstanbulda xarici vətəndaş olan 98 nəfər həbs edilib.

Eyni zamanda Bağçılar səmtində ölkə vətəndaşlarına və təhlükəsizlik qüvvələrinə qarşı silahlı aksiya həyata keçirən bir çox şübhəli şəxsi tutmaq üçün keçirilən əməliyyat zamanı atışma çıxıb. Atışmada İŞİD-ın üzvü şərti adı G.Ö olan şəxs ölü ələ keçirilib.

Onun yaşadığı ünvanda aparılan yoxlama zamanı hazır partlayıcı qurğular və terror aktlarının törədilməsi üçün müəyyən edilən yerlərin planları tapılıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti