Sarkisyan və baş nazir arasında qarşıdurma

Sarkisyan və baş nazir arasında qarşıdurma
  24 İyul 2015    Oxunub:2750
Ermənistanda hakim Respublika partiyasının iclasında erməni siyasi elitası üçün görünməyən hadisə baş verib. Məlumata əsasən Ermənistan prezidenti, partiya sədri Serj Sarkisyan və baş nazir, partiyanın vitse-prezidenti Ovik Abramyan arasında açıq söz mübahisəsi yaşanıb.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

İclas zamanı baş nazir Ovik Abramyan diskussiyanın eyni `çəki kateqoriyası` getməsinə dair görüntü yaratmağa çalışıb.

`Qısa insident təbii ki, Serj Sarkisyanın `təmiz qələbəsi` ilə yekunlaşıb. Lakin bu hadisə partiyanın köhnə qvardiyasını bərk silkələyib. Prezident Serj Sarkisyanı isə ölkənin üçüncü şəxsinin kim olmasına dair fikirə getməyə məcbur edib`, - deyə `İrates de facto` qəzeti yazır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti