Ohanyan Ermənistan prezidenti olmaq istəyir

Ohanyan Ermənistan prezidenti olmaq istəyir
  24 İyul 2015    Oxunub:2968
Ermənistan müdafiə naziri Seyran Ohanyan 2018-ci ilin fevralında baş tutacaq prezident seçkilərində iştirak etmək üçün aktiv şəkildə özünə komanda yaradır.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın `Joxovurd` qəzeti öz mənbələrinə istinadən xəbər verir.

`Bu günlərdə nazir müxtəlif dairələrdən olan insanlarla görüşür, ölkədə vəziyyət barədə danışır, ölkədə inamsızlıq atmosfer və iqtisadi vəziyyətlə əlaqədar öz narazılığını bildirir. Bununla da müdafiə naziri cəmiyyətdəki əhval-ruhiyyəni öyrənir, öz gələcək seçki kampaniyasına hansı insan resurslarını cəlb etməyin vacibliyini öyrənməyə çalışır.

Ohanyanla görüşdə iştirak edən insanların qənaətinə görə, müdafiə naziri şəxsən ölkədə keçirilməsi planlaşdırılan konstitusiya islahatlarına qarşıdır. Çünki prezident olacağı təqdirdə Ohanyan Britaniya kraliçası rolunda olmaq istəmir`, – deyə `Joxovurd` qəzeti yazır.

Nəşr həmçinin Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artutsyun Ovannisyandan Ohanyanın konstitusiya islahatlarına qarşı münasibətini də öyrənməyə çalışıb. Buna cavab olaraq mətbuat katibi bildirib: `Müdafiə naziri iyulun 16-ı baş tutan görüşdə konstitusiya islahatlarına ilə bağlı münasibətini açıqlayıb. Müdafiə Nazirliyində məsələ ilə bağlı müzakirələr aparılmayıb. Əgər belə bir şey baş versə biz xəbər verəcəyik`

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti