ABŞ-da atışma: 3 ölü, xeyli yaralı var - YENİLƏNİB

ABŞ-da atışma: 3 ölü, xeyli yaralı var - YENİLƏNİB
  24 İyul 2015    Oxunub:1484
ABŞ-ın Luiziana ştatında naməlum şəxs kinoteatrda atəş açıb.
Atəş nəticəsində iki nəfər ölüb, ilkin məlumatlara görə, altı nəfər isə yaralanıb. Hadisə Lafayet şəhərində yerləşən “Grand Theatre” kinoteatrında qeydə alınıb.

Atəş açan şəxs daha sonra intihar edib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

***
09:32

`Grand 16 Theatre` kinoteatrında naməlum şəxslərin ziyarətçilərə atəş açması nəticəsində üç nəfər ölüb, yeddi nəfər yaralanıb. Bu barədə AzVision.az `Reuters` agentliyinə istinadən xəbər verir.

Hadisə Lafeyt şəhərində axşam saatlarında baş verib. Həmin zaman kinoteatrda `Qatar qəzası` (Trainwreck) filmi nümayiş etdirilib. Hadisə baş verən zaman kinoteatrda təxminən 100 nəfər olub.

Hadisəni 58 yaşlı ağ dərili kişi törədib. Şahidlərin sözlərinə görə, o, gözlənilmədən yerindən qalxıb və bir söz belə demədən ətrafdakılara atəş açmağa başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti