Həmsədrlər bəyanat yaydılar
Həmsədrlər Yerevana və Bakıya səfərləri zamanı yüksək səviyyəli görüşləri qeyd etdiklərini və Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli istiqamətində danışıqlarda irəliləyiş üçün təklifləri hər iki ölkə prezidenti ilə müzakirə etdiklərini diqqətə çatdırıblar. Onlar prezidentlərin cari ilin sonunda görüşməyə hazır olduqlarını alqışladıqlarını qeyd ediblər. Bəyanatda dövlət başçılarının xarici işlər nazirlərinə prezidentlərin görüşü üçün həmsədrlərlə işi davam etdirmələrini tapşırdıqları vurğulanıb. Həmçinin diqqətə çatdırılıb ki, prezidentlər itkin düşmüş şəxslər barədə məlumatların Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında mübadiləsinə dair öhdəliklərinə sadiq olduqlarını bir daha bildiriblər.