Ermənilərdən daha bir saxtakarlıq - FOTOFAKT

Ermənilərdən daha bir saxtakarlıq - FOTOFAKT
  24 İyul 2015    Oxunub:6158
Strategiya üzrə dünya oyun nəhəngi “Total War” 18 fevral 2015-ci ildə bazara çıxardığı “Total War: Attila” oyununa yeni səhnələr əlavə etmək qərarına gəlib.

AzVision.az-ın xəbərinə görə, oyuna yeni əlavə olunan səhnələrdə guya Atilla zamanında Ermənistan dövlətinin mövcud olduğu əks olunur.

Məhz Ermənistanın digər qonşu dövlətlərdən fərqləndirilərək xəritədə özünə yer tapması göstərir ki, burada da erməni təxribatı, yalanı var. Yəni, ermənilər öz bəd əməllərini hər bir sahədə olduğu kimi oyun sənayesində də davam etdirirlər. Çünki, strategiya oyunun milyonlarla oyunçusu var. Onlar bu oyunun milyonlarla istifadəçisinin şüuruna hələ V əsrdə Ermənistan adlı dövlətin olduğunu yeritməyə çalışırlar.

Hesab edirik ki, oyun sənayesində böyük ada sahib olan Total War kimi şirkəti də öz əməllərinə alət edən ermənilərin bu addımı Azərbaycana qarşı təxribatdan başqa heçnə deyil.



Ermənilərin bu təxribatından xəbərdar olduğunu qeyd edən ekspert Zaur Pənahov deyir ki, Total War 90-cı illərin ortalarından bəri strategiya oyunlarını bazara çıxarır: “Bu şirkət bütün oyunlarında tarixə müraciət edir və xronoloji ardıcıllığa xüsusi yer verir. Şirkət bu sahədə strategiya oyunları bazarının əsas söz sahiblərindəndir. Yəni, strategiya oyunları üzrə professionaldır. Şirkətin istehsal etdiyi oyunların böyük oyunçu kütləsi var.

Oyun bazarının əsas simalarından olan Total War-ın bu addımını gözardı etmək olmaz. Çünki, milyonlarla istifadəçi bu oyunu oynadıqdan sonra istər-istəməz hələ qədim dövrdən Ermənistan dövlətinin olduğuna inanacaq və bu günki erməni yalanlarının dəstəkçisi olacaq. Hesab edirəm ki, buna rəsmi etiraz bildirilməlidir”. – deyə Z. Pənahov vurğulayıb.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti