Türkiyə ilə İŞİD arasında atışma: ölənlər var (YENİLƏNİB)

Türkiyə ilə İŞİD arasında atışma: ölənlər var (YENİLƏNİB)
  24 İyul 2015    Oxunub:3122
Türkiyə-Suriya sərhədində, Kilis vilayəti ərazisində İŞİD terrorçuları ilə Türkiyə əsgərləri arasında atışma baş verib.
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Kilisin Əlbəyli rayonu ərazisində, Suriya ilə sərhəddə keşik çəkən türk əsgərlərinə Suriyada İŞİD-in nəzarətində olan ərazidən atəş açılıb. Nəticədə 1 əsgər şəhid olub, 2-si yaralanıb.

Hadisənin bir qrup İŞİD üzvünün Türkiyəyə keçməyə cəhd göstərərkən baş verdiyi, terrorçuların ölkəyə keçməsinə imkan verməyən əsgərlərin iriçaplı silahlardan atəşə məruz qaldığı bildirilir. Türkiyə hərbçilərinin cavab atəşi açdığı və 1 İŞİD-çinin öldürüldüyü xəbər verilir.

Bölgəyə əlavə qüvvələr göndərilib.

***

Türkiyənin hərbi-hava qüvvələri iyulun 23-də ölkənin Suriya ilə sərhəd olan cənub-şərq bölgəsinə qırıcı təyyarələr göndərib.

Bu, hərbi sərhəd məntəqəsində Türkiyə əsgərinin öldürülməsindən sonra baş verib. Bu arada Türkiyə Silahlı Qüvvələri (TSK) Suriya ilə sərhəddəki Kilis rayonunda baş verən insidentlə bağlı rəsmi açıqlama yayıb.

"Milliyet" qəzetinin verdiyi xəbərə görə, İŞİD-in nəzarəti altında olan həmsərhəd rayondan açılan atəş nəticəsində bir türk hərbçisi həlak olub, daha iki hərbçi yaralanıb.

Cavab atəşi ilə beş terroçu öldürülüb, İŞİD-ə məxsus üç maşın məhv edilib.




Teqlər:  





Xəbər lenti