4 prezident telefonla danışacaq

4 prezident telefonla danışacaq
  23 İyul 2015    Oxunub:2836
`Normand dördlüyü` ölkələrinin liderləri bu gün telefonla danışacaq.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenkonun mətbuat katibi Svyatoslav Çeqalko bildirib.

Çeqolkonun sözlərinə görə, Pyotr Poroşenko, Anqela Merkel, Vladimir Putin və Fransua Olland axşam saatlarında danışıqlar aparacaq.

Qeyd edək ki, ötən həftə baş tutan danışıqlarda Rusiya prezidenti Vladimir Putin Kiyev və Donbas separatçıları arasında birbaşa dialoqun qurulmasını münaqişənin nizamlanması üçün əsas şərt olduğunu bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti