İranda 694 nəfər edam edildi

İranda 694 nəfər edam edildi
  23 İyul 2015    Oxunub:3722
2015-ci ilin əvvəlindən İranda təxminən 694 nəfər edam olunub.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə `Amnesty International` təşkilatının yaydığı məlumatda bildirilir.

Təşkilat bu rəqəmin olduqca yüksək göstərici olduğunu qeyd edir. Belə ki, 2014-cü ildə ümumilikdə İranda həbs olunanların sayı bu qədər olub.

`Əgər İran rəhbərliyi ölüm hökmlərinin icrasını bu cür dəhşətli sürətlə icra etməyi davam etdirsə, onda ilin sonuna kimi edam olunan şəxslərin sayı mini keçəcək`, - deyə `Amnesty International` təşkilatının direktorunun Yaxın Şərq və Şimali Afrika üzrə müşaviri Səid Bumeduha etibarlı mənbələrə istinadən xəbər verir.

Hüquq müdafiəçiləri isə vurğulayır ki, rəsmi Tehran müvafiq dövr ərzində 246 edam hökmü həyata keçirildiyini etiraf edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti