İsrail hərbçiləri fələstinlini güllələdi

İsrail hərbçiləri fələstinlini güllələdi
  23 İyul 2015    Oxunub:1958
İsrail hərbçiləri övladını qorumaq istəyən fələstinlini güllələyib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən bu, son iki gündə İsrail hərbçiləri ilə toqquşmalarda öldürülən ikinci fələstinlidir. Hadisə İordan çayının qərb sahilində baş verib.

Fələtinin `VAFA` agentliyi xəbər verir ki, İsrail hərbçiləri 53 yaşlı Falah Anu Mariyanı sinə nahiyəsinə iki dəfə atəş açıb. O, 22 yaşlı oğlunu İsrail hərbçilərindən qoruyan zaman öldürülüb. Öldürülən şəxsin oğlu da güllə yaraları alıb.

İsrail Müdafiə Nazirliyinin rəsmisinin sözlərinə görə, terrorçuluqda ittiham olunan şəxsin saxlanılması zamanı İsrail hərbçiləri bir neçə dəfə yerli sakinlərin hücumuna məruz qalıb və odlu silahdan atəş açmağa məcbur olublar. Bir hərbçi yüngül xəsarət alıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti