Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının sayı açıqlandı – Rəsmi

Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının sayı açıqlandı – Rəsmi
  22 İyul 2015    Oxunub:4105
2015-ci ilin əvvəlindən Rusiyaya 10,6 milyon xarici vətəndaş gəlib. Hazırda Rusiya ərazisində 10 milyon 126 min 939 nəfər əcnəbi yaşayır.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romadanovski bu gün keçirdiyi mətbuat konfransında bildirib.

2015-ci ilin ilk 6 ayı ərzində miqrantların statistikası barədə məlumat verən FMX rəhbəri vurğulayıb ki, ötən illə müqayisədə bu il bu il Rusiyaya gələn xarici vətəndaşların sayı təxminən 1 milyon nəfər azalıb.

Rusiyada olan miqrantların sayına görə lider ölkə Özbəkistandadır. Belə ki, bu ölkədə hazırda 2,2 milyon Özbəkistan vətəndaşı var. İkinci yerdə isə 1,6 milyon göstərici ilə Ukrayna gəlir. Lakin statistikada Ukraynadan qaçqın kimi Rusiyaya üz tutan 1 milyondan çox ukraynalı nəzərə alınmayıb. Tacikistandan olan miqrantların sayı isə təxminən bir milyondur. Dördüncü yerdə 709 min 640 nəfərlə Qazaxıstan, beşinci yerdə 552 min 593 nəfərlə Azərbaycan qərarlaşıb. Rusiyada həmçinin 534 min 851 nəfər Ermənistan vətəndaşı var.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti