Hollivud ulduzu Obamanı stirptiz-kluba dəvət etdi

Hollivud ulduzu Obamanı stirptiz-kluba dəvət etdi
  22 İyul 2015    Oxunub:4040
Məşhur Hollivud aktrisası və modeli Şarliz Teron Cimmi Kimmelin şousunda ABŞ prezidenti Barak Obama ilə görüşdə yaşanan maraqlı hadisədən danışıb.O, vurğulayıb ki, ölkə başçısı ilə görüş zamanı çox həyəcanlı olub və gözlənilmədən onu striptiz kluba dəvət edib.
Bu barədə AzVision.az `Lenta.ru`ya istinadən xəbər verir.

Aktrisanın sözlərinə görə, bu ilin mart ayında Obama və Teronun qonaq olduğu proqramdan sonra prezident bildirib ki, Kimmelin şousunda olduğuna görə şaddır. Çünki o, bu yolla gənclərə daha yaxın olub. Buna cavab olaraq isə aktrisa bildirib: `Əgər siz böyüyən nəsillə dil tapmaq istəyirsinizsə, sizi striptiz-kluba apara bilərəm`.

`Aman Allah, Mişel Obama məni öldürəcək`, - deyə aktrisa gülür.

`Barak olduqca alicənab və şən idi. O, məni söhbət zamanı həyəcanlı olduğumu görürdü. Həmin hadisədən sonra bir yata bilmirdim. Hər dəfə gözümü yumanda düşünürdüm: Aman Allah doğurdanmı mən prezidenti striptiz-kluba dəvət etmişəm`, - deyə məşhur aktrisa bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti