7 ermənini öldürən Permyakovdan yeni xəbər

7 ermənini öldürən Permyakovdan yeni xəbər
  22 İyul 2015    Oxunub:3245
Yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyən rus əsgəri Valeri Permyakovun məhkəməsi avqustun 10-a qədər keçiriləcək.
Bu barədə AzVision.az Ermənistanın `Jamanak` qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, ilk məhkəmə iclası Gümrüdə, 102-cı Rusiya bazasının ərazisində keçiriləcək.

Qeyd edək ki, Permyakov yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. 19 yanvarda o da dünyasını dəyişib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti