İnəklər orduya tapşırıldı - İsveçrədə

İnəklər orduya tapşırıldı - İsveçrədə
  22 İyul 2015    Oxunub:2739
İsveçrə hərbçilərinə inəklərə kömək etmək əmri verilib. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, heyvanları istidən qorumaq məqsədilə ordu Yura dağlıq massivində süni nohurlar yaradır.

Bu məqsədlə İsveçrə hərbçiləri nohurları şirin su ilə dolduracaqlar. Su nohurlara yaxınlıqdakı göllərdən helikopter vasitəsilə gətiriləcək.

Qeyd edək ki, İsveçrə ərazisində rekord isti temperatur müşahidə olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti