Davudoğlunun maşın karvanı qəza törədib

Davudoğlunun maşın karvanı qəza törədib
  22 İyul 2015    Oxunub:2375
Türkiyənin baş naziri səlahiyyətlərini icra edən Əhməd Davudoğlunun maşın karvanında zəncirvari yol qəzası baş verib.
"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, hadisə Türkiyə baş nazirinin Adıyaman Universiteti Təhsil və Araşdırma Xəstəxanasına gəlişi zamanı olub.

Belə ki, maşın karvanı Atatürk Bulvarı Yeni Hal Bazarı qovşağına çatdığı zaman nəqliyyat vasitələrindən birinin sürücüsünün qəflətən əyləci basması səbəbindən Adıyaman rayon jandarmlığının komandanı polkovnik İbrahim Koyuer və rayon polis idarəsinin rəisi Fikrət Salmanerin xidməti maşınları ilə təcili yardım və yanğınsöndürmə maşınlarının da aralarında olduğu 7 maşın qəza törədib.

Qəza nəticəsində bir polis əməkdaşının yüngül xəsarət aldığı və Atatürk Bulvarındakı nəqliyyatın hərəkətinin bir zolaqdan təmin olunduğu bildirilib.


Teqlər:





Xəbər lenti