İnterpol Yanukoviçin axtarışlarını dayandırdı
Sabiq prezidentin maraqlarını qoruyan `Joseph Hage Aaronson` vəkil şirktənin nümayəndələrinin sözlərinə görə, beynəlxalq təşkilat Yanukoviçin siyasi səbəblərə görə təqib olunması qənaətinə gəlib və buna görə də axtarışları dayandırıb.
`Yanukoviçin adı daha axtarışlarda olunan şəxslər siyahısında deyil”, - deyə vəkillər bildirib.
Sabiq prezident haqqında axtarış vərəqəsi bu ilin iyulun ayının 16-da İntepolun məlumat bazasından silinib.
Bu arada Ukraynanın sabiq baş naziri Nikolay Azarov və sabiq maliyyə naziri Yuriy Kolobv haqqında axtarış vərəqələri hələ də İnterpolun məlumat bazasındadır.
Qeyd edək ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç bu ilin yanvar ayında beynəlxalq axtarışa verilmişdi. Yanukoviçin 220 milyon qrivna (27 milyon dollar) büdcə vəsaitini mənimsəməkdə günahlandırılırdı.
Eldar Tanrıverdiyev
AzVision.az