Əməkdar artist əməliyyat olunub
"Yırtıq əməliyyatı olunmuşam. Xeyli müddətdir mənə əziyyət verirdi. Əməliyyat bir saat çəkib. Hazırda evdəyəm və özümü normal hiss edirəm. Amma hələ də ağrılar var. Tez sağalmaq istəyirəm. Çünki sənətimlə bağlı görmək istədiyim çoxlu işlər var", - K.Abdullayev bildirib.
Qeyd edək ki, Kazım Abdullayev Akademik Milli Dram Teatrının aparıcı aktyorlarındandır və repertuarda yer alan əsas tamaşalarda obrazlar ifa edir.
AzVision.az