Prezident əməliyyat olundu
Prezident Administrasiyasının saytında bildirilir ki, həkimlər əməliyyatın nəticəsindən razıdırlar.
Klinikadan buraxılan prezident bir neçə gün evdə istirahət edib gücünü bərpa edəcək. Dövlət başçısının səhhəti ilə bağlı problem iki ay əvvəl tibbi müayinə zamanı aşkarlanıb. Ancaq sıx iş cədvəlinə görə heç cür xəstəxanada yata bilmirdi. Belə fürsət CAR parlamenti və hökumətinin tətili zamanı ələ düşüb. CAR prezidenti son bir ildə ikinci dəfə xəstəxanaya düşür. Zuma ötən ilin iyun ayında xəstəxanada ardıcılı tibbi müayinədən keçirilib.
AzVision.az