Lavrov Məmmədyarovla görüşdən sonra İrəvana zəng etdi

Lavrov Məmmədyarovla görüşdən sonra İrəvana zəng etdi
  18 İyul 2015    Oxunub:2887
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla danışıqları başa vurduqdan sonra Ermənistan xarici işlər naziri Edvard Nalbəndyana zəng edib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi saytı məlumat yayıb. Lavrov erməni həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib.

Rusiya xarici işlər naziri Azərbaycan xarici siyasət idarəsinin rəhbəri ilə görüşdə dediyi fikirləri təkrarlayaraq Nalbəndyana bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqları intensivləşdirməyin vaxtı çatıb.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Moskvaya işgüzar səfər edib. Səfər Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır və ehtimal edilir ki, Rusiya yaxın vaxtlarda prezidentlərin üçtərəfli görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb.


Teqlər:





Xəbər lenti