Putin ölkəsindəki müsəlmanları təbrik etdi

Putin ölkəsindəki müsəlmanları təbrik etdi
  17 İyul 2015    Oxunub:3370
Rusiya prezidenti Vladimir Putin müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, o müsəlmanlara ünvanladığı təbrik məktubunda deyib ki, bu bayramı tək zəngin süfrə ilə deyil, eyni zamanda ehtiyacı olanlara diqqət və qayğı göstərməklə qeyd edirlər.

Müsəlmanların Rusiyanın həyatında fəal iştirakının çox əhəmiyyətli olduğunu deyən Vladimir Putin müsəlmanların ekstremistlərə qarşı müqavimətindən də danışıb.

"Müsəlmanların ekstremistlərin islam dəyərlərini məhv etmək, müsəlmanlar arasında düşmənçilik və dözümsüzlük toxumları səpməsinə qarşı prinsipial mövqeyi də böyük hörmətə layiqdir. Belə məhsuldar və çoxşaxəli fəaliyyət ölkədə sülh və anlaşmanın qorunmasına kömək edir".


Teqlər:  





Xəbər lenti