Lavrovdan vacib Qarabağ mesajı

Lavrovdan vacib Qarabağ mesajı
  17 İyul 2015    Oxunub:3062
`Dağlıq Qarabağ probleminin həlli üzrə səyləri intensivləşdirməyin vaxtı çatıb`.

AzVision.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündə deyib.

“Biz ATƏT-in Minsk Qrupu çərçivəsindəki razılaşmalar çərçivəsində amerikalı və fransalı tərəfdaşlarımızla birlikdə işləyirik. Biz onlarla daimi əlaqədəyik və müntəzəm təmasdayıq”, - deyə S. Lavrov söyləyib.

O, qeyd edib: "Əsaslar var ki, səylərimizi intensivləşdirməyin vaxtı çatıb. Ümumi ab-hava və nəticəyə istiqamətlənməni nəzərə alaraq, biz bu tərəqqini təmin edə bilərik".

Öz növbəsində, E.Məmmədyarov bildirib: "İranın nüvə proqramının nizamlanması üzrə uzunmüddətli danışıqların başa çatması ümid verir ki, Dağlıq Qarabağ münaqişəsini də həll etmək olar".

Xatırladaq ki, E. Məmmədyarov Rusiyada səfərdədir. (apa)




Teqlər:  





Xəbər lenti