Merkel Fələstinli qızı ağlatdı - FOTO

Merkel Fələstinli qızı ağlatdı - FOTO
  17 İyul 2015    Oxunub:3278
Kansler Angela Merkel televiziya verlişlərinin birində Almaniyaya davam etməkdə olan güclü qaçqın axını ilə bağlı sərt çıxış edib.

AzVision.az “Focus” jurnalına istinadən xəbər verir ki, Merkelin qaçqınların deportasiya olunacağı ilə bağlı sərt çıxış etməsi, eləcə də ona sual ünvanlamış fələstinli qısa kömək edə bilməyəcəyi ilə bağlı cavabından sonra fələstinli qız ağlamağa başlayıb.

Merkel qanunun dəyişməyəcəyini bildirdikdən sonra ağlayan qıza təsəlli də verməyə çalışıb. O, bilidirb ki, əgər Almaniya çoxlu qaçqın axınına “hə” desə, o zaman ölkədə durum ağırlaşa bilər.

Fələstinli qız isə bildirib ki, “mən gələcəyini Almaniyada qurmaq istəyirəm və burada qalıb yaxşı təhsil almaq mənim arzumdur”.

Hökumətə bağlı mətbuat isə bu xəbəri tam tərsinə: Merkelin fələstinli qızın istəyilə bağlı cavabdehliyi öz üzərinə götürdüyünu yazıb.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti