`Misiri diktatorluqdan xilas edəcəyik`- Mursi

`Misiri diktatorluqdan xilas edəcəyik`- Mursi
  17 İyul 2015    Oxunub:3209
Misirin hazırda həbsdə olan və ölüm hökmünə məhkum edilmiş keçmiş prezidenti Məhəmməd Mursi müqəddəs Ramazan bayramı münasibətilə misirlilərə müraciət edib.
M.Mursi yaydığı təbrik məktubunda xalqına "Misirimizi bu diktatorluğun əlindən qurtaracağız" mesajını ünvanlayıb.

Mursinin rəsmi Facebook səhifəsində dərc olunan Ramazan Bayramı mesajında deyilir: "Böyük Misir xalqı bayramınız mübarək olsun, inqilabçı və azadlıqsevər mövqeyiniz mübarək olsun. Bu zindanlarda keçən hər günüm hamımızın çiyinlərimizdə daşıdığınız azadlıq və ədalət mücadiləsinə inamımı artır. İnqilab başlayıb və sonuna qədər də davam edəcəyik. Hər keçən gecə zalımların zəifliyi və çarəsizliyini daha dərindən dərk edirəm. Gözümdə daha da kiçilirlər".

Təbrikdə həmçinin bu fikirlər də qeyd edilib: "Misirimizi bu diktaturanın əlindən xilas edəcəyik. Ruhum və əzmim zəifləmədi. Qələbəyə olan inamımın isə sərhədi yoxdur. İnqilab tariximizi bütün xalqlar oxuyacaq. Belə dövrdə vətəninizin qurtuluş yolu olan inqilabınızı tamamlayın. Birlik olun, qarşıdurmadan çəkinin. Bir-birinizlə çəkişməyin. Sonra sahib olduğunuz güc əlinizdən gedər. Bayramınız mübarək olsun. Müzəffər inqilab iliniz mübarək olsun"

Qeyd edək ki, Qahirə məhkəməsində ötən ay devrilmiş prezident M.Mursi barəsində iki iş üzrə edam qərarı verilib. O, Fələstinin HƏMAS, Livanın "Hizbullah" təşkilatına və İran İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) casusluq etmək və 2013-cü il yanvarın 25-də baş vermiş inqilab zamanı həbsxanalara basqın düzənləyərək bəzi məhkumları qaçırmaqda ittiham olunub.(report)


Teqlər:  





Xəbər lenti