Almaniyada qaçqınların sayı getdikcə artır
Miqrantların sayına görə birinci yeri əvvəlki kimi Suriya tutur. Oradan qaçqın statusu almaq istəyən təqribən 34500 adam gəlib.
Almaniyada siyasi sığınacaq istəyən hər iki nəfərdən biri Balkan yarımadasındandır. Kosovo, Albaniya, Serbiya, Makedoniya, Bosniya və Herseqovina, habelə Monteneqrodan AFR-ə 82243 qaçqın gəlib. Almaniyanın hakimiyyət orqanları ölkədə qaçqın statusu almaq arzusunda olan əcnəbilərin ərizələrinin 34,7 faizini təmin ediblər.
Yeni statistika məlumatları ilə tanış olan AFR-in daxili işlər naziri Tomas de Mezyer bildirib ki, Almaniyanın dövlət qulluqçuları indi “həqiqətən müdafiəyə ehtiyacı olan insanlarla yaşamaq hüququ almağa layiq olmayan şəxsləri sürətlə və dəqiq fərqləndirməyi bacarmalıdırlar”. Almaniya hökumətinin proqnozlarına görə, 2015-ci ildə siyasi sığınacaq verilməsi barədə cəmi 450 minə qədər vəsatət veriləcək”.
Teqlər: