Yunanıstan parlamenti iqtisadi islahatları qəbul etdi

Yunanıstan parlamenti iqtisadi islahatları qəbul etdi
  16 İyul 2015    Oxunub:2173
Yunanıstan parlamentinin deputatları Aİ-dən 86 milyard avro məbləğində maliyyə yardımının alınması üçün iqtisadi tədbirlər paketini təsdiqləyiblər.
AzVision.az `Lenta.ru`ya istinadən xəbər verir ki, qəbul olunan tədbirlər vergilərin və pensiya yaşının artırılmasını nəzərdə tutur.

Qanun layihəsinin lehinə 228, əleyhinə 64 deputat səs verib. 6 deputat isə qanun layihəsinə fikir bildirməkdən imtina edib.

Daha əvvəl Yunanıstan baş naziri Aleksis Tsipras Parlamentdə Aİ ilə imzalanmış sazişin səmərəliliyinə inanmadığını bildirib. Lakin buna baxmayaraq, o bu razılaşmanın Yunanıstanın avrozonada qalmasının yeganə şansı olduğunu vurğulayaraq deputatlardan sazişi təsdiq etməyə çağırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti