İrəvanda etirazçılar Sarkisyana ultimatum verdi
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar elektrik enerjisi tariflərinin artımı haqqında qərarın avqustun 1-dək ləğv edilməsini tələb edirlər.
Narazı kütlə həmçinin iyunun 23-ü və iyulun 6-da keçirilmiş aksiyalarda nümayiş iştirakçıları və jurnalistlərə qarşı zor tətbiq etmiş polis əməkdaşlarının cəzalandırılmasını da istəyirlər.
Qeyd edək ki, iyunun 19-dan Yerevanda elektrik enerjisi tariflərinin 16 faiz bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir.