Avropadan Yunanıstana yardım – 7 milyard avro
Qeyd edək ki, iyulun 13-ü Yunanıstan və kreditorlar arasında razılıq əldə olunub.
Yunanıstana üç il ərzində 90 milyard avro ayrılmasını nəzərdə tutan makro maliyyə köməyi haqqında paketin Avroqrupun iyulun 15-i keçirilən iclasında qəbul ediləcəyi gözlənilir.
Yardım paketini almaq üçün Yunanıstan parlamenti, ƏDV-nin artırılması, pensiya islahatı, dövlət mülkiyyətinin özəlləşdirilməsi, müəssisələrin müflisləşməsi üzrə yeni qanunvericilik, Milli Statistika Agentliyinin müstəqilliyinə dair zəmanət və s kimi islahatlar paketini qəbul etməlidir.
Eldar Tanrıverdiyev
AzVision.az