ABŞ Əfqanıstanda saata 4 milyon dollar xərcləyir –ARAŞDIRMA

ABŞ Əfqanıstanda saata 4 milyon dollar xərcləyir –ARAŞDIRMA
  15 İyul 2015    Oxunub:2459
ABŞ Əfqanıstanda apardığı hərbi əməliyyatların hər saatına 4 milyon dollar xərcləyir.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə `National Priorities Project` təşkilatının araşdırmasında qeyd edilib.

Məlumata əsasən, ABŞ hərbçilərinin böyük əksəriyyətinin ötən ilin sonunda regiondan çıxarılmasına baxmayaraq, Pentaqon hələ də Əfqanıstandakı hərbi əməliyyatlara külli miqdarda vəsait xərcləyir.

2001-ci ildən indiyə qədər ABŞ Əfqanıstanda hərbi əməliyyatların maliyyələşdirilməsinə 715 milyard dollar xərcləyib. Bu məbləğə gələcək xərclər, həmçinin hərbi əməliyyatlar zamanı xəsarət alan hərbçilərin müalicəsi və reabilitasiyasına daxil deyil.

Araşdırmaya əsasən Əfqanıstana iki il müddətinə bir əsgərin göndərilməsi ABŞ-a təxminən bir milyon dollara başa gəlir. Bu isə 2006-cı ildə aparılan ilkin araşdırmalardan iki dəfə çoxdur.

Harvard universitetinin iqtisadçısı Linda Bilms İraq və Əfqanıstandakı müharibələri ABŞ tarixində ən bahalı müharibələr adlandırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti