Yunanıstanın iqtisadiyyatı kimi çökən idman arenaları - Fotolar

Yunanıstanın iqtisadiyyatı kimi çökən idman arenaları - Fotolar
  14 İyul 2015    Oxunub:3187
2004-cü il Olimpiadanın Vətəninə dönüş ili oldu.
Antik dövrdə Olimpiya Oyunlarının əsasını qoymuş Yunanıstan 1896-cı ildə keçirilmiş ilk müasir Olimpiya Oyunlarına da ev sahibliyi etmişdi. Bundan bir əsrdən çox keçəndən sonra olimpiada üzünü Yunanıstana çevirdi. Uzun ayrılıqdan sonra "Olimpiada evinə xoş gəldin!" ifadəsi Afina Olimpiya Oyunlarınınən təsirli şüarı oldu.

Afina Olimpiadanın gəlişini avqustun 13-də keçirilən açılış mərasimi ilə rəsmi şəkildə qeyd etdi. Bu mərasimi izləyən saysız-hesabsız insan yunanların qədim tarixini bir daha yada saldı, olimpiadanın necə böyük və möhtəşəm tədbir olduğunu hiss etdi. Olimpiyadanı 202 ölkə təmsil edirdi. Afina 20 gün bütün dünyanın diqqət mərkəzinə çevrildi.

Lakin bu tarixdə qaldı. Hazırda ölkənin idman arenaları ölkənin iqtisadiyyatı kimi çöküb. AzVision.az Olimpiya Oyunlarının keçirildiyi idman arenalarını son görüntülərini təqdim edir.

Qalereya




Teqlər:  





Xəbər lenti