Tarixi qərar: İran və `altılıq` ölkələri razılaşdı

Tarixi qərar: İran və `altılıq` ölkələri razılaşdı
  14 İyul 2015    Oxunub:3357
Vyanada İranla "altılıq" ölkələri (BMT Təhükləsizlik Şurasının üzvləri və Almaniya) arasında keçirilən danışıqlarda atom-nüvə proqramı üzrə razılıq əldə edilib.
AzVision.az xəbər verir ki, bu barədə avropalı diplomat `TASS` agentliyinə bildirib.

`Bütün məsələlər üzrə kompromis əldə edilib və yaxın saatlarda nəticələr elan olunacaq` - deyə mənbə vurğulayıb.

Onun sözlərinə görə, çərşənbə axşamı bütün gecəni davam edən danışıqlar fikir ayrılıqlarını aradan qaldırmağa imkan verib. Mənbə vurğulayıb ki, rəsmi razılaşma əldə olunması barədə məlumatı günorta saatlarında xarici işlər nazirləri elan edəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti