FİFA Blatterin dindirilməsinə imkan vermədi
`Biz cənab Blatterin şahid ifadələrini almaq üçün FİFA-uya müraciət etdik. Lakin təşkilat bundan imtina etdi`, - deyə senator Cerri Morananın nümayəndəsi Harrett Terner bildirib.
Terner təşkilatın hansı səbəbdən Blatterin dindilməsindən imtina etdiyini açıqlamayıb.
Qeyd edək ki, iyunun ikisi FİFA prezidenti Yozef Blatter istefa verib. O, bu barədə Sürixdə keçirilən mətbuat konfransında bildirib.
Yenidən FİFA prezidenti seçilən Blatter bu vəzifədə onu hamının dəstəkləmədiyini bildirib.
Xatırladaq ki, Blatterin postundan istefa verməsinə səbəb FİFA-da məlum rüşvət qalmaqalı və yüksək vəzifəli məmurların həbs olunmasıdır. Blatterin istefa qərarı FİFA-da gözlənilməz olub. Blatter mayın 29-u keçirilən prezident seçkilərində sayca üçüncü dəfə FİFA prezidenti seçilmişdi.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: