“Nestle”nin adı at əti qalmaqalında

“Nestle”nin adı at əti qalmaqalında
  19 Fevral 2013    Oxunub:2654
Avropada “at əti” qalmaqalı davam etdiyi bir vaxtda İsveçrənin məşhur "Nestle" şirkətinin məhsulları üzərində aparılan DNT testinin nəticələri bu məhsulların tərkibində at əti aşkarlayıb.
Associated Press-in yaydığı xəbərə görə, “Nestle”nin hazır yemək kateqoriyasındakı "Buitoni Beef Ravioli" və "Beef Tortellini" məhsullarında at əti aşkarlandıqdan sonra şirkət İtaliya və İspaniyadakı mağazalardan ət məhsullarını geri çağırmağa məcbur olub
Xatırladaq ki, DNT testləri ötən həftənin cümə günü Brüsseldə Avropa Birliyi ölkələri ekspertlərinin fövqəladə iclasında birlik ölkələrinin hamısında ət məhsullarının tərkibinin yoxlanmasına dair qəbul edilən qərara uyğun olaraq həyata keçirilib.


Teqlər:  





Xəbər lenti