“Gülər Əhmədovanın səhhətində heç bir problem yoxdur”

Bu barədə APA-nın sorğusunu cavablandıran M. Quliyev qeyd edib ki, G. Əhmədovanın səhhətində heç bir problem yoxdur və o, müalicə müəssisəsinə köçürülməyib: “Bu barədə mətbuatda yayılan məlumatlar doğru deyil”.
Qeyd edək ki, G. Əhmədova haqqında Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Teqlər: