“Kamançada ifam dünyaya mesaj idi” - Elnur Mikayılov
“Tarın Azərbaycanın milli aləti olduğu YUNESKOda təsdiqini tapdı. Kamança da bizim milli alətəmizdi. Amma onun tarixini yadlaşdırmaq istəyənlər var. Ermənilər buna da cəhd edirlər. Eyni zamanda İrandan da belə bir iddia ilə çıxış edənlər var, hətta YUNESKOya təqdim etmək üçün sənədlər hazırlanır.
Bağlanış mərasiminin proqramı hazırlanarkən rejissor tərəfindən dəvət aldım və təklif olundu ki, qarışıq bir parça ifa edim. Bir neçə dəqiqə ərzində həm kamançanın xarakterin göstərə bildim, həm də mistik musiqi səsləndirdim. Bu, Azərbaycanı izləyən dünya ictimaiyyətinə bir mesaj idi. Biz kamançanın da milli alətəmiz olduğunu göstərdik”.
Sonda Elnur Mikayılov belə bir missiyanın ona həvalə olunduğu üçün fəxr hissi keçirdiyini diqqətə çatdırdı.
Teqlər: