Ölü sayı 39-a çatdı - Video

Ölü sayı 39-a çatdı - Video
  27 İyun 2015    Oxunub:2732
Tunisin Sus şəhərinin yaxınlığında yerləşən Port Əl-Kantaui qəsəbəsində baş vermiş terror hücumu nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.

AzVision.az
xəbər verir ki, ölənlərin əksəriyyəti Böyük Britaniya, Almaniya və Belçikadan olan vətəndaşlardır. 36 turist isə yaralanıb.

Bundan əlavə islamçılar eyni gündə Küveyt və Parisdə də terror aktları törədiblər. Küveytdə cümə namazı zamanı kamikadzenin özünü partlatması 13 nəfərin ölümünə səbəb olub.

Parisdə isə iki naməlum şəxs qaz fabrikində partlayış törətmək istəyib. Onlar qaçdıqdan sonra bir nəfərin başı kəsilmiş meyiti tapılıb. Qaçan terrorçulardan biri artıq həbs edilib. Həbs edilən şəxs daha öncə radikal islamçılarala bağlı aparılan istintaqa ifadə verib.




Teqlər:  





Xəbər lenti